Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14030-.html

Türkiyə baş naziri qızı ilə Naxçıvana gəldi - 9 ildən sonra ilk səfər+ Fotolar

21.12.2017 00:51:04

Siyasət

Türkiyə baş naziri Binəli Yıldırım Naxçıvana rəsmi səfər edib.
 
“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. yıldırımı Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyənin Naxçıvandakı baş konsulu Nihat Erşen və digər rəsmilər qarşılayıb.

Binəli Yıldırımı qızı Büşra Bahar Köylübay, baş nazirin köməkçisi Bəkir Bozdağ, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya müşayiət edib.

Qeyd olunur ki, bu gün Vasif Talıbovla  Binəli Yıldırım arasında görüş keçiriləcək, sonra isə qonağın şərəfinə şam yeməyi veriləcək.

Bu, son 9 il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib