Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14031-.html

Heç bir günahı olmayana da, 2 şəxsin ölümünə səbəb olana da 6 il...

21.12.2017 00:56:38

LIVE

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.
 Əməkdaşlıq Mərkəzi hakimiyyətidən azad mətbuat nümayəndələrinə qarşı həbs, təqib və təzyiqləri dayandırmağı tələb edib. Heç bir günahı olmayan “Kanal 13”  televiziyasının redaktoru Əziz Orucovun 6 il  azadlıqdan məhrum edilməsi, peşə fəaliyyətini həyata keçirən Əvəz Zeynallının cərimə edilməsi, müstəqil saytların, o cümlədən “azadliq.news” xəbər poptalının  fəaliyyətinə əngəllər törədilməsi hakimiyyətin müstəqil mətbuata qarşı geniş hücumunun “bütün cəbhə” boyu  davam etdiyini göstərir.
Əməkdaşlıq Mərkəzi hesab edir ki, heç bir günahı olmayan yurnalist Əziz Orucovun, eləcə də  2 şəxsin ölümünə səbəb  olmuş Əli Həsənovun nəvəsinin  eyni cəza ilə – 6 il həbs edilməsi haqda qərar ölkədə ədalətin, məhkəmələrin nə qədər rəzil vəziyyətdə olduğunun göstəricisidir.
Əməkdaşlıq Mərkəzi Musavat Partiyası başqanı Arif Hacılıya  qarşı  polis təzyiqini pisləyir.
Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib