Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14033-.html

“ABŞ Səudiyyənin yanındadır” - Tramp

21.12.2017 12:21:52

Dünya

Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz ABŞ prezidenti Donald Trampla telefonda danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp danışıqlar zamanı Yəməndəki husilərin paytaxt Ər-Riyada ballistik raket atmasını qınayıb. Tramp bunu ölkənin təhlükəsizliyinə açıq müdaxilə hesab edib. Bundan başqa, ABŞ-ın beynəlxalq təhlükəsizliyin hədəf alındığı bütün hücumlar qarşısında Səudiyyənin yanında olacağını vurğulayıb. Hər iki lider Səudiyyə və bölgəni təhdid edən bütün olaylara görə Yəməndə husiləri raketlə təmin edən İran rejimini ittiham edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib