Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14035-.html

Bakı vağzalında işığın sönməsinə səbəb pişik imiş...

21.12.2017 12:36:27

İqtisadiyyat

Dekabrın 20-də Bakı Dəmir Yolu Vağzalına verilən elektrik enerjisinin qəfil dayanmasının səbəbləri məlum olub.

 

 "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc QədirovaTrend-ə açıqlamasında bildirib ki, hadisəyə Bakı Dəmir Yol Vağzalındakı yarıımstansiyadakı transformatorda yaranan problem səbəb olub:

"Dünən axşam saatlarında həmin transformatora pişik daxil olub və nəticədə transformatorda qısaqapanmadan partlayış baş verib. Hadisə nəticəsində Dəmir Yolu Vağzalına elektrik enerjisinin verilişi dayandırılıb".

S.Qədirova bildirib ki, hadisə nəticəsində Bakı Dəmir Yolu Vağzalında təxminən 15 dəqiqə elektrik enerjisi olmayıb: "Hazırda vağzal elektrik enerjisi ilə təmin olunub, problem yoxdur".

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib