Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14040-.html

Bakının mərkəzində bomba həyəcanı - FHN işə başladı

21.12.2017 14:22:06

Kriminal

Azərbaycan Dimir Yol Vağzalında bomba həyəcanı yaşanır.

Qurumun mətbuat katibi Sevinc Qədirova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün günorta saat 12 radələrində naməlum kişi vağzalın məlumat bürosuna zəng edib:

“Həmin şəxs binanın ikinci mərtəbəsində yerləşən restoranların birinə bomba qoyulması barədə məlumat verib. Sonra da mədəni şəkildə sağollaşıb. Dərhal rəsmi qurumlara məlumat verilib. Polis əməkdaşları binada işləyən şəxsləri təxliyyə edib. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binada axtarış aparır”.

Həmin binada fəaliyyət göstərən "ASAN Xidmət" də boşaldılıb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib