Dərc edilib: 21-12-2017

https://www.nuh.az/14042-.html

Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib

21.12.2017 15:50:06

Günün sitatı

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib.

"Qafqazinfo" "İnterfax"a istinadən xəbər verir ki, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, mərhum lider Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub.

2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.

 





NUH informasiya agentliyi səhifəsindən çap edilib