Dərc edilib: 22-12-2017

https://www.nuh.az/14052-.html

Ramil Usubov üçün özəl gün

22.12.2017 10:58:50

Maraqlı

Bu gün Azərbaycanın daxili işlər naziri Ramil Usubovun doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, polis general-polkovniki olan R. Usubov 22 dekabr 1948, Xocalı rayonunda anadan olub. 1970-ci ildən daxili işlər orqanlarında xidmət edən nazir cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib. 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin olunub, 1989-1993-cü illərdə DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb. 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub. 29 aprel 1994-cü ildən isə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindədir. 23 ildir nazir vəzifəsi tutan R. Usubov üç övlad atasıdır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib