Dərc edilib: 22-12-2017

https://www.nuh.az/14057-.html

Kəmaləddin Heydərov görüş keçirdi

22.12.2017 13:12:57

Günün sitatı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 22-də Oğuz şəhərində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Azərtac  xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, vətəndaşların bir hissəsi nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib