Dərc edilib: 22-12-2017

https://www.nuh.az/14063-.html

Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək - Sərəncam

22.12.2017 18:54:52

Mədəniyyət

2018-ci ilin yanvar ayında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İmaməddin qızı İbrahimovanın anadan olmasının 80 illiyi tamam olur.

“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev Elza İbrahimovanın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, bəstəkar Elza İbrahimovanın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib