Dərc edilib: 23-12-2017

https://www.nuh.az/14065-.html

Fəxriyyə Xələfovaya “Azərbaycanın qüruru” ordeni verildi - Fotolar

23.12.2017 00:24:48

Maqazin

Dekabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Vernisaj zalında ali təhsil ocağının dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” kolleksiyasından olan geyimlərinin dünya şöhrətli “Ermitaj” muzeyinin daimi kolleksiyasında sərgilənməsi ilə bağlı tədbir keçirilib.

AzərTac  xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxriyyə Xələfovanın “Şərq cazibəsi” və “Ladies of Azerbaijan” kolleksiyalarına aid geyimlərlə tanış olublar.

Tədbir çərçivəsində “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli Fəxriyyə Xələfovaya Azərbaycan mədəniyyətinin və dəbinin təbliği istiqamətində fəaliyyətinə və xüsusi xidmətlərinə görə “Azərbaycanın qüruru” ordenini təqdim edib. Həmçinin tanınmış modelyerə jurnalın fəxri üzvü diplomu təqdim olunub. Mükafat jurnalın redaksiya şurasının qərarı ilə təsis edilib.

 

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib