Dərc edilib: 23-12-2017

https://www.nuh.az/14069-.html

Bakı metrosunda sıxlıq: qatarlar niyə gecikdi?

23.12.2017 09:59:45

Reportaj

Səhər saatlarında metro qatarlarının 8-10 dəqiqə intervalla işləməsinin səbəbi bəlli olub.
Bakı Metropoliteninin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev axar.az-a açıqlamasında bildirib ki, saat 08:24-də "Həzi Aslanov” stansiyasından "Dərnəgül” stansiyası istiqamətində 24 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq yaranıb:
"Nasazlıq səbəbindən qatar "Həzi Aslanov” stansiyasından xəttə çıxa bilməyib. Buna görə xətdə həmin saatlarda interval artıb. Artıq problem həll olunub. İnterval normala dönür”.
Qeyd edək ki, səhər saatlarında qatarlar arasında intervalın artması nəticəsində şənbə günü olmasına baxmayaraq, ciddi sıxlıq yaşanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib