Dərc edilib: 23-12-2017

https://www.nuh.az/14072-.html

Gömrük generalının anasının qızılları

23.12.2017 12:37:06

Maraqlı

Gömrük generalı Qambay Əliyevin anası Böyükxanım Əkbərovanın evindən 160 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən Sədaqət Məmmədova barəsindəki hökmdən Baş Prokurorluq apellyasiya protesti verib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, S.Məmmədova həmin evdə qulluqçu işləyib. O, istintaqın ilk başlarında həbs edilsə də, sonradan sərbəst buraxılıb və barəsində ev dustaqlığı qərarı verilib. Zərərçəkmiş kimi tanınan B.Əkbərova isə istintaq dövründə vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovaya oğurluq ittihamı üzrə bəraət verilib və qızılları onun oğurlamadığı qənaətinə gəlinib. Rəsmi sənədləri zədələmə ittihamı üzrə müddət başa çatdığı üçün cəza təyin edilməyib.
 
Dövlət ittihamçısı bu hökmdən narazı qalıb və cəzanın ağırlaşdırılması üçün apellyasiya protesti verib. İş icraata götürülüb və ilkin baxış iclası dekabrın 28-nə təyin edilib. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımov sədrlik edir. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib