Dərc edilib: 23-12-2017

https://www.nuh.az/14078-.html

Odun sobası ilə isinən Şamaxı məktəbi

23.12.2017 17:26:40

Region

Şamaxı rayonunun Göylər kənd 1 nömrəli tam orta məktəbin şagirdləri qış aylarında odun sobası ilə isinir.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, məktəb müəllimlərinin sözlərinə görə, məktəb heç vaxt əsaslı təmir olunmayıb.
Valideynlər də bu vəziyyətdən şikayətçidir.
Təhsil Nazirliyindən məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.
Valideynlər deyir ki, odun sobaları sinif otaqlarını isitməyə kifayət etmir deyə, uşaqlar tez-tez xəstələnir.
Kəndin hazırda qapalı olan yeganə xəstəxanası barəsində isə Səhiyyə Nazirliyi deyir ki, isə təmirə ehtiyacı olan xəstəxanaların növbəli şəkildə təmir ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib