Dərc edilib: 23-12-2017

https://www.nuh.az/14079-.html

Xanım deputatlarımız Yeni ili harda keçirəcəklər?

23.12.2017 18:52:47

Dünya

Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayram ilə bağlı müxtəlif planları var. 
Bəs Milli Məclisin xanım deputatları Yeni ili harda və necə keçirməyi planlaşdırır?

 
Deputat Jalə Əliyeva Modern.az-a bildirib ki, yeni ili ailəsi ilə bir yerdə keçirəcək.

 

“Hələki dəqiq olaraq harda keçirəcəyimizi planlaşdırmamışıq. Ailə fərdləri ilə bir yerə yığışırıq, daha geniş həcmdə toplanırıq.

Adətən amerikalılar, avropalılar deyirlər ki, Yeni il günü süfrədə hind quşu olmalıdır. Biz xüsusi təam seçmirik. Adətən çalışırıq ki, rəngarəng, fərqli süfrə olsun.Açılacaq süfrənin hər ilki kimi olmamasına diqqət göstəririk. Mənim nəzərimdə təamlar da əhəmiyyətlidir. Ən birinci növbədə ləzzətli olmağı vacibdir. Həddən artıq bahalı olması  o qədər də əhəmiyyətli deyil, əsas odur ki, masanın arxasında toplanan insanların əhval-ruhiyyəsi xoş, bir-birinə uyumlu olsun”.

 


 
Deputat Məlahət İbrahimqızı yeni ili Bakıda qarşılayacaq.
 
“Yeni ili evimizdə qarşılayacağam. Ailə üzvlərim, oğlum, gəlinim, nəvəm, anam, qohumlarımla bir yerdə olacam.
Allahın verdiyi hər bir ruzi mənim üçün qiymətlidir. Amma gündəlik nəyi seviriksə, Yeni ildə də onu hazırlayacağıq. Bu günü qeyri-adi bir gün olaraq düşünmürəm. Gündəlik hansı yeməkləri xoşlayırıqsa, həmin gün də o yeməklər olacaq”.


 
Deputat Flora Qasımova deyir ki, Yeni il ilə bağlı xüsusi planı yoxdur:

“Yeni ili necə keçirmək mənim üçün böyük məsələ deyil. Ailəmlə bir yerdə olacağam”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib