Dərc edilib: 24-12-2017

https://www.nuh.az/14080-.html

Sumqayıtda zavodda bədbəxt hadisə - Ölən və yaralanan var

24.12.2017 01:03:47

Hadisə

Sumqayıtda Etilen-polietilen zavodunda bədbəxt hadisə baş verib.
 
SOCAR-ın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün saat 12.30 radələrində zavodun ərazisində yerləşən anbar binasının təmiri ilə əlaqədar "Azərikimya" İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Mexaniki quraşdırma sahəsinin işçiləri - quraşdırıcı çilingər Məmmədov Əlövsət Adil oğlu və elektrik qaz qaynaqçısı Əzizli Toğrul Cavadxan oğlu avtosəbətdə işləyərkən, avtosəbətin oxunun sınması nəticəsində yerə düşüblər.
 
Dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım hər iki işçini xəstəxanaya çatdırıb. Həkimlərin səylərinə baxmayaraq, 16-00 radələrində Məmmədov Əlövsət Adil oğlu dünyasını dəyişib. Toğrul Əzizlinin həyatı hazırda təhlükə altında deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib