Dərc edilib: 24-12-2017

https://www.nuh.az/14086-.html

Mədət Quliyev “Velosiped idman klubu” təsis etdi

24.12.2017 13:51:04

Hadisə

DTX-də şəxsi heyətin idmanla məşğul olması, fiziki sağlamlığının möhkəmləndirilməsi üçün növbəti addım atılıb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyevin imzaladığı qərarla 24 dekabr 2017-ci il tarixdə DTX-nin nəzdində “Velosiped idman klubu” təsis olunub.

Klubun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib