Dərc edilib: 24-12-2017

https://www.nuh.az/14089-.html

Əhaliyə güzəştli mənzillər veriləcək

24.12.2017 16:08:06

Reportaj

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Samir Nuriyev məlumat verib.

Onun sözlərinə görə, 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir:

“Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək”.

S.Nuriyev sözlərinə əlavə edib ki, Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub.

Qeyd edək ki, kompleksin təməli ötən il dekabrın 24-də prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı qoyulmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib