Dərc edilib: 27-12-2017

https://www.nuh.az/14132-.html

Azərbaycanda alpinistlər dağda yoxa çıxdılar - FOTO

27.12.2017 10:09:29

Region

Gilavar Klubunun üzvü olan 3 alpinist yoxa çıxıb.
Klubun yaydığı məlumata görə, alpinisttlər Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib. 
DSX, FHN,  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət təcrübəli komanda tərəfindən axtarışlar başlayıb. 
Qaynarinfo-nun verdiyi xəbərə görə, klubdan qafqazinfo-ya bildirilib ki, yoxa çıxan alpinistlər Babur HüseynovNamin Bünyatov və Fəridə Cəbrayılzadədir. 
Onlar ötən həftənin 6-cı günü dağa çıxıblar və marşrut üzrə 1-ci gün geri qayıtmalı imişlər. Lakin onlarla əlaqə kəsilib. Hazırda axtarışlar Quba rayonu ərazisində yerləşən dağlarda aparılır.
Klubun digər üzvləri və rəhbərliyi də axtarışlara cəlb olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib