Dərc edilib: 27-12-2017

https://www.nuh.az/14144-.html

Nazim İbrahimovun müavinlərinin sayı artırıldı - Prezident fərmanı

27.12.2017 19:30:45

İdman

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb.
 
“Qafqazinfo”nun məlumatına görə, prezident İlham Əliyev bununla bağlı bu gün “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
 
İndiyə qədər Dövlət Komitəsi sədrinin birinci müavini və müavini olub.

Dəyişikliyə əsasən, Dövlət Komitəsi sədrinin müavinlərinin sayı 2-yə çatdırılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib