Dərc edilib: 27-12-2017

https://www.nuh.az/14149-.html

Ölkədə polis reyimi daha da sərtləşib

27.12.2017 23:20:49

Müsahibə

Bu gün KXCP qərargahında Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti yığıncağı keçirilib. Yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Yığıncaqda  2017-ci ilin yekunları müzakirə olunub.  Əməkdaşlıq Mərkəzi ötən ili hakimiyyətin yarıtmaz siyasəti nəticəsində  uğursuz il hesab edib.  Ölkə rəhbərliyinin inkişaf haqda söylədiklərinin həqiqətə uyğun olmadığı bildirilib. Ölkə vətəndaşlarının yaşayış səviyyəsi daha da pisləşib, korrupsiya və rüşvət görünməmiş həddə çatıb, insan haqlarına əməl olunmadığına görə Azərbyanın dünyadakı demokratik təsisatlardan uzaqlaşdırılması prosesi başlayıb, ölkədə polis reyimi daha da sərtləşib, orta aylıq əməkhaqqı göstəricisinə görə Azərbaycan hətta Ermənistandan belə geri qalır.

Əməkdaşlıq Mərkəzi Dünya Azərbaycənlılarının Həmrəylik Günü və Yeni il münasibətilə azərbaycan xalqını təbrik edib,  yeni ildə  insan haqlarına əməl olunan, rüşvət və korrupsiyasız, hər bir vətəndaşımızın rifahı təmin olunan bir cəmiyyətdə yaşam arzulayıb.

Bundan başqa ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

   NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib