Dərc edilib: 28-12-2017

https://www.nuh.az/14154-.html

Məhşur hakimin oğlu prokuror oldu

28.12.2017 15:37:40

Müsahibə

 

Bakının Nizami rayonuna yeni prokuror təyin edilib.

APA  xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini Pərviz İbayev tutduğu vəzifədən azad edilərək Bakının Nizami rayon prokuroru vəzifəsinə təyinat alıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovAPA-ya faktı təsdiqləyib.
Qeyd edək ki, Pərviz İbayev tanınmış hakim Mansur İbayevin oğludur.
Xatırladaq ki, Nizami rayon prokuroru olmuş Aqşin Ziyadov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Ədliyyə Nazirliyində yeni yaradılmış - Probasiya Xidmətinə rəis təyin edilib.
  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib