Dərc edilib: 28-12-2017

https://www.nuh.az/14160-.html

Fatmagülün suçu: bankdan 50 milyon dollar kredit götürüb

28.12.2017 17:39:31

Hadisə

Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin ölkədən çıxışına Azərbaycan Beynəlxalq Bankına olan külli miqdarda kredit borcuna görə qadağa qoyulub.
Axar.az-a daxil olan məlumata görə, Fatma Abdullazadənin ölkədən çıxışına qoyulan qadağanın külli miqdarda pul mənimsəməsi və ya kiməsə borcu ilə heç bir əlaqəsi yoxdur.
Sabiq şöbə müdiri Azərbaycan Beynəlxalq Bankından götürdüyü 50 milyon dollar (!!!) krediti ödəyə bilmədiyi üçün o, ölkədən kənara çıxa bilməyib.
Qeyd edək ki, Modern.az Fatma Abdullazadənin Azərbaycandan çıxışına külli miqdarda pul mənimsəməsi faktına görə qadağa qoyulduğunu yazıb.
Xatırladaq ki, F.Abdullazadə 1993-cü ildən 2017-ci ilin iyununa kimi Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib