Dərc edilib: 28-12-2017

https://www.nuh.az/14162-.html

Mübariz Mənsimov İlham Əliyevə məktub yazdı

28.12.2017 18:59:42

İqtisadiyyat

"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz MənsimovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
Qaynarinfo məktubun mətnini təqdim edir:
"Möhtərəm cənab Prezident.
Çoxsaylı kollektivimizin hər bir üzvünün adından Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxt və firavan həyat diləyirəm.
Fürsətdən istifadə edərək dövlətimizin hərtərəfli dayanıqlı inkişafı, beynəlxalq aləmdə Azərbaycanın yüksək nüfuzunun təmin edilməsi və xalqımızın tərəqqisi naminə gördüyünüz əvəzsiz işlərə görə Sizə minnətdarlığımı bildirir, ali vəzifədə həyata keçirdiyiniz fəaliyyətinizdə Sizə yeni nailiyyətlər arzulayıram”.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib