Dərc edilib: 29-12-2017

https://www.nuh.az/14169-.html

Qubada maşın piyadanı vurub öldürdü

29.12.2017 00:14:07

LIVE

Bu gün axşam saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.  

APA-nın   verdiyi məlumata görə, Qubanın mərkəzində 90 YA 078 dövlət nömrə nişanlı  "VAZ 2107" markalı avtomaşın yolu keçmək istəyən 35-40 yaşlı piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.
 
Meyit tibbi ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib