Dərc edilib: 29-12-2017

https://www.nuh.az/14170-.html

Səfirin öldürülməsi ilə bağlı daha bir nəfər həbs edildi

29.12.2017 00:28:24

Dünya

Ötən il 19 dekabrda Ankarada qatıldığı bir sərgidə öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov cinayəti ilə bağlı daha bir nəfər həbs edilib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində sərginin təşkilatçısı Mustafa Timur Özkan həbs edilib.

O, “planlayaraq adam öldürməkdə iştirak” maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, daha öncə cinayətlə əlaqəsi olan 3-ü polis olmaqla 4 nəfər həbs olunmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib