Dərc edilib: 29-12-2017

https://www.nuh.az/14186-.html

Azərbaycana kəskin soyuqlar gəlir

29.12.2017 18:45:37

Region

Bakıda və Abşeron yarımadasında yanvarın 1-i axşamdan 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya bildirilib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.
Azərbaycanın rayonlarında yanvarın 1-2-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib