İranın 12 böyük şəhərində hökümət əleyhinə etiraz aksiyaları təşkil olunur.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, insanlar küçələrə tökülərək qiymət artımına, bahalılığa etiraz edirlər. Məşhəd şəhərində 28 dekabr tarixində küçələrə tökülən insanlara Tehran, Təbriz, İsfahan, Həmədan, Kirmanşah kimi şəhərlərdən dəstək gəlməyə davam edir. Kirmanşah şəhərində əhali "Ölüm və ya azadlıq", "Fələstini boş ver, bizi fikirlər" kimi şüarlar səsləndiriblər. Bildirilir ki, İranın xarici siyasətini tənqid edən qruplar mövqelərini "Mollar çölə", "Diktatora ölüm", "Ruhaniyə ölüm" şüarları ilə çatdırıblar. 
Əlində ağ bayraq tutmuş qadının fotosu sosial mediada yayılıb və onun aksiyanın simvoluna çevrildiyi qeyd edilir. Qadının polis tərəfindən həbsi də iddialar arasındadır.
Bu günə qədər çox sayda insan həbs edilib.
Nümayişlərə münasibət bildirən ABŞ prezidenti Donald Tramp "Rejimin korrupsiyasından və pulları ölkənin varlığını kənarda davam etdirmək məqsədilə terrorizmə xərcləməsindən bezən insanların aksiyaları barədə məlumatlar gəlir. İran höküməti öz xalqının ifadə haqqına hörmət etməlidir. Dünya bu prosesi izləyir" fikirlərini səsləndirib.

Gülşən