Dərc edilib: 31-12-2017

https://www.nuh.az/14213-.html

2018-ci ildə dünyanı dəhşətli böhran gözləyir

31.12.2017 14:29:43

Dünya

Yeni ildə İkinci Dünya Müharibəsindən etibarən ən böyük humanitar böhran baş verə bilər.
Oxu.Az-ın "The Telegraph”a istinadən məlumatına görə, bu barədə Böyük Britaniyanın beynəlxalq inkişaf üzrə dövlət katibi Penni Mordaunt bəyan edib.
BMT-nin hesablamalarına əsasən, təşkilatın yaradıldığı vaxtdan ən acınacaqlı humanitar böhran 2017-ci ildə qeydə alınıb. Buna səbəb Yəmən, Nigeriya, Somali və Cənubi Sudanda baş verən hadisələr olub.
Lakin Penni Mordauntun fikrincə, ən çətin vaxtlar hələ irəlidədir.
"2017-nin dəhşətli humanitar böhranı ili kimi yadda qalmasına baxmayaraq, 2018-də daha da çətin ola bilər”, -  o qeyd edib.
Böyük Britaniya böhranın nəticələrinin aradan qaldırılması üçün BMT-yə əlavə 21 milyon dollar ayırıb. Bu vəsait ehtiyacı olanların içməli su və ərzaqla təmin edilməsinə yönəlməlidir.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib