“ABŞ-a atılacaq nüvə raketinin düyməsi əlimin altındadır” - Kim Çen In
Şimali Koreya lideri Kim Çen In ABŞ-ı növbəti dəfə təhdid edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nüvə raketləri sınaqları ilə dünyada gündəmdə olan Ş.Koreyanın lideri ötən gün dövlət televiziyasında Yeni il çıxışı edib.
O, çıxışında ABŞ-nın əsas quru sahəsinin Ş.Koreyanın nüvə silahlarının hədəf nöqtəsində olduğunu deyib.
“ABŞ bunun təhdid deyil, əslində real olduğunu bilməlidir. ABŞ Ş.Koreyanın ona nüvə silahı atmaq üçün düyməyə hər an basa biləcəyini bilməlidir”.
NUH.az