Dərc edilib: 01-01-2018

https://www.nuh.az/14229-.html

Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri oldu

01.01.2018 16:01:48

Reportaj

Bu gündən etibarən Qazaxıstan tarixində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrliyə başlayıb.
 
"Ölkə.Az" Qazaxıstan Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazaxıstanın bu statusda prioritetləri nüvə silahı olmadan sülhə nail olmaq, qlobal müharibə təhlükəsini dəf etmək, lokal münaqişələri həll etmək, terrorizmə qarşı mübarizə aparmaq olacaq.
Rəsmi Astana regional təhlükəsizliyin möhkəmləndirilməsində Mərkəzi Asiyanın maraqlarını təmin etmək, Əfqanıstanda sülhə nail olmaq, o cümlədən BMT Təhlükəsizlik Şurasının və ümumiyyətlə, BMT sisteminin XXI əsrin təhdid və çağırışlarına adaptasiya etməyə çalışacaq. Bununla bərabər, Qazaxıstanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında 2019-cu ilin sonuna qədər BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş Kot-dİvuar, Küveyt, Niderland, Peru, Polşa və Ekvatorial Qvineyanın bayraqlarının asılması mərasimi təşkil olunacaq.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına sədrlik rotasiya qaydasında 1 ay olmaqla, bu təşkilata üzv ölkələrin nümayəndə heyətlərinə həvalə olunur. BMT Təhlükəsizlik Şurasının 8 qeyri-daimi üzvündən bir olan Qazaxıstanın üzvlük müddəti 31 dekabr 2018-ci ildə başa çatır. Qazaxıstan yanvarın 31 yanvar 2018-ci ilədək BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib