Dərc edilib: 01-01-2018

https://www.nuh.az/14230-.html

Məşhur iş adamı ailəsi ilə birgə həlak oldu

01.01.2018 16:39:57

Hadisə

Britaniyanın tanınmış iş adamlarından biri, "Compass Group"şirkətinin banisi və sahibi Riçard Kazins ailəsinin 4 üzvü ilə birlikdə təyyarə qəzasında həlak olublar.

 Milli.Az  bildirir ki, qəza Avstraliyanın Sidney şəhərinin yaxınlığında, dekabrın 31-də baş verib.
"Sydney Seaplanes" aviaşirkətinin bir mühərrikli "Cessna" təyyarəsi Yeni Cənubi Uels ştatındakı Hoksberi çayına düşüb.
Sonucda 6 nəfər həlak olub. Həlak olanlardan biri pilotdur.
"Dərin hüznlə təsdiq edirik ki, Riçard Kazins və ailəsinin 4 üzvü 31 dekabr 2017-ci il tarixində Avstraliyada təyyarə qəzasında həlak olub", - "Compass Group" şirkətinin bəyanatında deyilir.
Qəzada 58 yaşlı milyonçu iş adamı Riçard Kazins, xanımı, 48 yaşlı Emma Bouden, 11 yaşlı qızı Hizer, oğulları - 23 yaşlı Edvard Kuzins və 25 yaşlı Uilyans Kuzins, habelə pilot Qaret Morqan həlak olublar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib