Dərc edilib: 01-01-2018

https://www.nuh.az/14231-.html

Şəhriyar Məmmədyarov FİDE reytinqinə əsasən ilk üçlükdə

01.01.2018 16:50:31

Reportaj

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci illə bağlı reytinqinə əsasən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2804 xalla üçüncü yerdə qərarlaşıb.
 
APA-nın məlumatına görə, FİDE reytinqinə əsasən hazırkı dünya çempionu Maqnus Karlsen 2834 xalla 2017-ci ili lider başa vurub.
 
İkinci yerdə 2811 xalla amerikalı Fabiano Karuana qərarlaşıb.
 
Qadın şahmatçılar arasında isə çinli Xou İfan 2680 xalla lider mövqeyindədir. İkinci yerdə çinli Tszyuy Ventszyun (2572 xal), üçüncü yerdə ukraynalı Anna Muzıçuk (2571) qərarlaşıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib