Dərc edilib: 01-01-2018

https://www.nuh.az/14234-.html

Futbolçu hakimi döyüb öldürdü

01.01.2018 23:40:49

İdman

Meksikada bir futbolçunun əsəbiləşərək hücum etdiyi hakim aparıldığı xəstəxanada həyatını itirib.
 Oxu.Az  xəbər verir ki, həvəskar futbol liqasında Quadalaraca şəhərinin iki komandasının oyununu idarə edən hakim Joze Valdemar Hernandez Kapetillo verdiyi bir qərara görə futbolçunun hücumuna məruz qalıb.
Milton adlı futbolçu hakimin qırmızı kartından sonra əsəblərinə hakim ola bilməyib və onu vəhşicəsinə döyüb.
Hakim bir həftə komada qaldıqdan sonra vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib