Dərc edilib: 02-01-2018

https://www.nuh.az/14240-.html

Süd ucuzlaşdı

02.01.2018 01:29:28

İqtisadiyyat

Bölgələrdə südün qiyməti ucuzlaşıb. Xüsusən də, Beyləqanda olan fermerlərin sözlərinə görə, südün yerində satış qiyməti əvvəlki vaxtlarla müqayisədə yarıbayarı enib. Ancaq bölgələrdə qiymətlərdə müşahidə olunan azalma paytaxt bazarlarına yansımayıb.

 

“Xəzər TV”   xəbər verir ki, əvvəllər 1 litr süd 60-70 qəpiyə satılırdısa, 30-40 qəpiyə satılır.

 

Beyləqan rayon Şərq qəsəbəsi ərazisində məskunlaşan fermerlər südün qiymətinin aşağı salınmasından narazıdılar. Fermerlər iddia edirlər ki, Beyləqanda yerləşən 12 süd toplama məntəqəsinin sözləşərək qiyməti aşağı salıb.

 

Süd toplama məntəqələrinin müdirləri isə bu iddiaları qəbul etmirlər.

Onlar bildirirlər ki, hər il bu vaxtlar südün qiymətində enmə müşahidə edilir. Əsas səbəb isə süd məhsullarına olan tələbin azalmasıdır. Ancaq yanvar ayının sonundan isə qiymətlər yenidən əvvəlki vəziyyətinə qalxacaq.

 

Bölgələrdə südün qiymətinin düşməsi paytaxt bazarlarına da təsir edibmi? Sualın cavabını tapmaq üçün bazarlara üz tutduq. Satıcıların sözlərinə görə, südün qiymətində enmə müşahidə olunmur.

 

Paytaxtdakı satıcıların sözlərinə görə, südün qiymətində enmə hələ ki, gözlənilmir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib