Dərc edilib: 02-01-2018

https://www.nuh.az/14244-.html

Azərbaycanda 25 sm qar yağdı - FAKTİKİ HAVA

02.01.2018 13:15:14

Region

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvar ayının 1-dən 2-i səhərədək ölkə ərazisində bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal, şimal-qərb küləyi əsib.
Departamentdən Qaynarinfo-ya bildirilib ki, düşən yağıntının miqdarı Şahdağda 18, Oğuz 16, Qəbələ 15, Mingəçevir 14, Ağdərədə (Ordubad) 14, Zaqatala 12, Bərdə 8, Zərdab 7, Xınalıq 6 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 25, Xətəmdə 25, Qırızda 12, Xınalıqda 10, Daşkəsəndə 4, Gədəbəydə 5 sm təşkil edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib