Dərc edilib: 02-01-2018

https://www.nuh.az/14249-.html

Moldova prezidentinin səlahiyyətləri müvəqqəti dayandırıldı

02.01.2018 22:11:40

Hadisə

Moldovanın Konstitusiya Məhkəməsi ölkə başçısı İqor Dodonun prezident səlahiyyətlərini müvəqqəti dayandırıb.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə bu qərarı hakim koalisiyadan olan bir qrup deputatın sorğusu əsasında qəbul edib.

Bildirilir ki, Dodon təkrar olaraq hökumət üzvlərinin təklif olunan namizədliklərini rədd edib.

Qeyd edilir ki, qanuna əsasən ölkə başçısının yalnız bir dəfə namizədliyi rədd edə bilər.

Konstitusiya Məhkəməsi qəbul edib ki, prezidentin səlahiyyətləri müvəqqəti olaraq parlament sədrinə və ya baş nazirə keçməlidir.

 

 

     NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib