Dərc edilib: 02-01-2018

https://www.nuh.az/14251-.html

Azərbaycanlı alim xərçəngin müalicəsini tapdı (VİDEO)

02.01.2018 23:07:02

Müsahibə

Bir çox ixtiraları ilə tanınan Bakı sakini yeni qurğu ixtira edib. Tahir Əliyev iddia edir ki, onun yeni qurğusu vasitəsi ilə prostat vəzi xərçəngindən əziyyət çəkən xəstələri tam sağalmaq mümkün olacaq.
 "Xəzər TV"   xəbər verir ki, yeni ixtira edilən qurğu bir çox xəstələrin işinə yarayacaq. Uzun illər prostat vəzi xəstəliyindən əziyyət çəkən Tahir Əliyev qurğunu elə ilk dəfə öz üzərində sınaqdan keçirdiyini deyir.
Tahir Əliyevin dediyinə görə, xərçəng hüceyrələri 50 dərəcə tempraturda məhv edilə bilir. həmin tempratur isə kanal vasitəsi ilə prostata ötürüldükdə digər hüceyrələr də ölə bilər. İxtira edilən yeni qurğu isə digər hüceyrələrə zərər vermədən istiliyi birbaşa xəstəliyin olduğu hissəyə ötürəcək. Bu isə baş qaldıran xərçəng hüceyrələrini bir dəfəlik məhv edəcək.
İxtiraçının sözləinə görə, eyni prosesi bir xəstənin üzərində 5 və ya 10 dəfə aparmaq kifayət edir ki, həmin xəstəlikdən bir dəfəlik yaxa qurtara bilsin.
Yeni ixtira ilə təkcə xərçəng xəstəliyini yox, həmçinin böyrək xəstəliklərini də müalicə etmək mümkün olacaq. Bunun üçün Tahir Əliyev ixtiranı daha da təkmilləşdirəcəyini deyir.
İxtiraçı gələcəkdə başqa növ xəstəliklərin müalicəsində istifadə oluna biləcək əlavə qurğular da ixtira eəcəyini deyir.
   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib