Dərc edilib: 03-01-2018

https://www.nuh.az/14253-.html

Kimdən gözlənilməz gediş - O ölkə ilə sərhədi açır

03.01.2018 10:52:13

Dünya

Şimali Koreya lideri Kim Çen In iki ölkə arasında uzun müddətdir ki, bağlı olan “qaynar xətt”in açılması ilə bağlı göstəriş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kimin təklifi Cənubi Koreya rəsmiləri tərəfindən də qəbul olunub və bu gün səhər saatlarından iki ölkə arasındakı “qaynar xətt” açılıb. 

Qeyd edək ki, ötən gün Cənubi Koreya rəsmiləri gələn ay baş tutacaq Qış Olimpiada Oyunları öncəsi Şimali Koreyalı idmançıların oyunlarda iştirakını müzakirə etmək üçün hər iki ölkə rəsmilərinin 9 yanvar tarixində sərhəd kəndi olan Panmunjomda görüşünü təklif edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib