Dərc edilib: 03-01-2018

https://www.nuh.az/14254-.html

"İran xalqının bu böyük cəsarətini alqışlayırıq"

03.01.2018 11:02:55

Siyasət

"İran xalqının bu böyük cəsarətini alqışlayırıq".
Qaynarinfo xəbər verir ki, bunu BMT-nin baş qərargahında təşkil olunan mətbuat konfransında çıxışı zamanı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
O, İranda davam edən etiraz aksiyaları ilə bağlı təcili toplanış üçün BMT Təhlükəsizlik Şurasına çağırış edəcəklərini bildirib. ABŞ nümayəndəsi İran xalqının hökumətin təzyiqlərinə qarşı etiraz etmək üçün küçələrə çıxdığını və bu aksiyaların kənar qüvvələr tərəfindən yönləndirilmədiyini vurğulayıb.
O, həmçinin İran hökumətinin "öz xalqını öldürmək kimi bir keçmişə sahib olduğunu" da iddia edib.
Qeyd edək ki, İranın İsfahan, Əhvaz, Rəşt və bir çox şəhərlərində hökumətə qarşı başlayan etiraz aksiyaları hələ də davam edir. Etirazçılar şəhərdəki binaları yandırır və polisə müqavimət göstərirlər. Aksiyalar zamanı 23 nəfərin öldüyü, 450 nəfərin isə həbs olunduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib