Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14266-.html

Rusiyanın Suriyadakı bazasına hücum - 7 hərbi təyyarə məhv edilib

04.01.2018 12:38:02

Hadisə

Dekabrın 31-də Suriyada Rusiyaya aid Hmeymim hərbi bazası terrorçuların hücumuna məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti iki hərbi mənbəsinə istinadən məlumat yayıb. Hücum nəticəsində 7 döyüş təyyarəsinin məhv edildiyi bildirilir. Bura 4 ədəd Su-24 bombardmançısı, iki ədəd Su-35C qırıcısı və bir ədəd An-72 hərbi nəqliyyat təyyarəsi daxildir. Bundan başqa, Rusiyaya aid silah-sursat anbarı da məhv edilib. Qeyri-rəsmi rəqəmlərə görə, 10-dan çox hərbçi yaralanıb. 

Müdafiə Nazirliyi hadisəni hələ ki, şərh etməyib. Rəsmi olaraq ötən gün Mi-24 vertolyotunun qəzaya düşdüyü və iki pilotun öldüyü açıqlanıb. Nazirlik təyyarənin texniki nasazlıqdan qəzaya düşdüyünü və vertolyota heç bir atəş açılmadığını vurğulayıb. 

***

Rusiya Müdafiə Nazirliyi hücum nəticəsində iki hərbçinin öldüyünü təsdiqləyib, lakin 7 təyyarənin məhv edilməsi xəbərini təkzib edib. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib