Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14273-.html

Məhəmməd Füzulinin oğlunun şeirləri tapılıb

04.01.2018 14:33:25

Maraqlı

 

AMEA-nın  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin oğlu Fəzlinin iki qəzəlini, bir təkbeytini, iki misrasını aşkar etmişdir. Mənbələrin verdiyi məlumata görə, Fəzli Kərbəlada doğulmuş, mədrəsə təhsili görmüş, ərəb, fars və Azərbaycan dillərində şeirlər yazmışdır. Lakin şairin divanı əlimizə gəlib çatmamışdır. Müasirləri onun müəmma janrında şeir yazdığını, mənzum tarix söylədiyini bildirmişlər.

Fəzlinin yeni tapılmış şeirləri əlyazma qaynaqlarında onun yeni əsərlərinin üzə çıxarılacağına ümidləri artırır. 

 

   NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib