Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14275-.html

Qadın həkimi fb-da şantaj edərək 8 min aldı

04.01.2018 15:20:55

Dünya

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış qadın həkimi şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elnur İbrahimova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun icraatında olan prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək E.İbrahimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, E.İbrahimov Bakıda fəaliyyət göstərən özəl klinikalarının birində çalışan qadın nevropatoloq və EEG həkimi ilə sosial şəbəkədə tanış olub. Özündən yaşca böyük olan həkimlə səmimi ünsiyyət quran E.İbrahimov sonradan onu şantaj edərək rüsvay edəcəyini deyib. Bu yolla həkimdən 8 min manatdan çox pul alıb. Daha sonra qadının şikayəti ilə E.İbrahimov saxlanılıb. O ittihamı qəbul etməyərək pulu yardım məqsədi ilə istədiyini deyib.

İstintaq dövründə E.İbrahimov həbs edilməyib, hələ də azadlıqdadır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib