Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14276-.html

İki azyaşlı uşaq həlak oldu - Qobustanda dəhşət

04.01.2018 15:44:50

Region

Qobustan rayonu Qaracüzlü kəndində birmərtəbəli 4 otaqlı ev yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub.

Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib