Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14282-.html

Şah Pəhləvinin oğlu ABŞ-dan dəstək istədi

04.01.2018 19:27:44

Maraqlı

ABŞ şirkətləri texnoloji sahədə olan məhdudiyyətləri aradan qaldıraraq İran xalqını dəstəkləməlidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi “Röyter”ə açıqlamasında deyib.
“İran xalqı öz müqəddəratını təyin etməkdə haqlıdır. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının bu yöndə səyləri olduqca uğurludur”, - Pəhləvi bildirib.
O, həmçinin İran lideri Həsən Ruhanini də ikiüzlülükdə ittiham edib:
“Boş sözlərdən, vədlərdən daha çox konkret addımlara ehtiyacımız var”.
Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.
Həmçinin bir sıra şəhərlərdə hökumət lehinə aksiyaların da təşkil olunduğu bildirilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib