Dərc edilib: 04-01-2018

https://www.nuh.az/14283-.html

Qurbanqulunun ağ rəngə olan sevgisi - Yeni qadağaya səbəb oldu

04.01.2018 23:10:32

Hadisə

Türkmənistanda qara rəngli avtomobillərə qadağa qoyulub.


Azərtac   xəbər verir ki, bu qərar ölkə prezident Qurbanqulu Berdiməhəmmədovun ağ rəngə olan sevgisindən qaynaqlanıb.

Qeyd edək ki, Türkmənistanda 2015-ci ildə qara rəngli avtomobillərin ölkəyə idxalına qadağa qoyulmuş, rəsmi şəxslərə ağ rəngli avtomobillərdən istifadə etmək təlimatı verilmişdi.

2018-ci ildən etibarən əhali də qara avtomobildən istifadə etməyəcək. Maşını qara rəngdə olan insanlar isə onu başqa rəngə boyayacaqlar. Avtomobilin rənglənməsi 1000-3000 dollara başa gəlir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib