Goranboyda kütləvi dava - Ölən və yaralananlar var+ Yenilənib
Goranboyun Dəliməmmədli qəsəbəsində kütləvi dava olub.
APA-nın xəbərinə görə, dava zamanı bir neçə nəfər bıçaqlanıb. Qətlə yetirilənin olduğu bildirilir.
Yaralılar Gəncədəki xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
***
Kütləvi dava zamanı bıçaqla qətlə yetirilən şəxs Dəliməmmədli qəsəbə sakini 1996-cı il təvəllüdlü Cəbrayılov Zülfüqardır. Bıçaq xəsarətləri alanlardan biri isə Dəliməmmədli qəsəbə sakini, 1995-ci il təvəllüdlü Hatəmi Anar Azad oğludur.