Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14290-.html

Cinsiyyətini dəyişdirmək istəyənlərə daha bir şans verildi

05.01.2018 01:35:48

Maqazin

Belçikada cinsiyyət dəyişdirmədən, həkim və psixiatr müayinəsindən keçmədən rəsmi formada cinsiyyət dəyişdirmək mümkün olacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, dünən qüvvəyə minən qanuna əsasən insanlar şəxsiyyət vəsiqəsində qeyd olunan cins barədə informasiyanı bələdiyyəyə müraciət etməklə dəyişdirə biləcəklər. Müraciətə cavab 3 ay müddətində veriləcək və həmin şəxsə milli qeydiyyat nömrəsi ilə şəxsiyyət vəsiqəsi təqdim ediləcək.
12 yaşından etibarən müraciət edən yeniyetmələrin valideynləri bu dəyişikliyə icazə verməlidir. 16 yaşdan etibarən isə valideyn icazəsi ilə birlikdə psixiatr sənədi də istəniləcək. 
Qeyri-heteroseksualların hüquqları uğrunda mübarizə aparan "Cavaria" adlı təşkilat bu dəyişiklikdən razı olduqlarını bildiriblər. Təşkilatın sözçüsü Jeroen Borghs bildirir ki, insanlara belə hüququn verilməsi müsbət addımdır. Lakin o, 18 yaşdan kiçik şəxslərdən psixiatr sənədinin tələb edilməsini tənqid edib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib