Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14296-.html

Bu ay məktəblilərə 5 gün əlavə tətil veriləcək

05.01.2018 12:42:24

Mədəniyyət

Ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, bu ayın sonunda məktəblilər qış tətilinə buraxılacaqlar.
Qaynarinfo xəbər verir ki, təhsil nazirinin əmrinə əsasən, tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərində 5 gün qış tətili olacaq Bu tətil 2018-ci ilin 27-31 yanvar tarixlərini əhatə edəcək.
Bu il ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) də müəyyən edilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib