Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14298-.html

Telman Dibirovu kim(lər) öldürüb ?

05.01.2018 14:05:20

Cəmiyyət

Telman Dibirovun  qatili  tapılacaqmı ?

 

Son vaxtlar  “Səni axtarıram”  verilişinin aparıcısı  Xoşqədəm Hidayətqızının  uzun illər bağlı qalan cinayətlərin, qətllərin üstünü aça bilməsi  cəmiyyətdə  maraq doğurub.

Hidayətqızının bu uğuru  sosial şəbəkədə də ciddi  müzakirə olunur.

Uzun illər açılmayan  cinayət  işlərindən biri də  Telman Dibirovun qətli ilə  bağlıdır.

Məlumat üçün bildirək ki, 1999-cu ilin avqust ayının 17-dən 18-nə keçən ğecə Balakən TV-nin 28 yaşlı telereportyoru Telman Dibirov polis şöbəsinin lap yaxınlığında əhalinin yaşadığı sıx ərazidə iş yerində işğəncələrlə qətlə yetirilib. Rayonda olan olaylarla bağlı çəkilmiş video kasetlər studiyadan yoxa çıxıb.

Mətbuatda  gedən versiyalarda  qeyd olunur ki,

Telman Dibirov   yerli hakimiyyət orqanlarının mənafelərinə zidd olacaq informasiyalar yaydığı üçün öldürülüb.

Sosial şəbəkə iştirakçıları  Telman Dibirovun qətli ilə bağlı  hazırda “Səni axtarıram”  verilişinin ciddi araşdırma apardığını qeyd edirlər.

Əlbəttə, Telman Dibirovun qatilinin kimliyi gec-tez məlum olacaq.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib