Dərc edilib: 05-01-2018

https://www.nuh.az/14299-.html

Sabiq senator: "ABŞ da SSRİ kimi dağılacaq"

05.01.2018 14:18:31

Dünya

ABŞ-ın tanınmış respublikaçısı, sabiq prezidentliyə namizədi və Teqzas ştatının keçmiş senatoru Ron Paul hazırkı ABŞ prezidenti Donald Trampın özünü maliyyə məsələlərində uğurlu hesab etməsini sərt şəkildə tənqid edib.
Qaynarinfo xəbər verir ki, eks-senator "Russia Today” televiziyasına müsahibəsində ABŞ-da siyasi rejimin süquta uğrayacağını qeyd edib. O, Trampın yaxınlaşmaqda olan iqtisadi böhranı aradan qaldıra bilmədiyini deyib.
"Getdikcə artan borclar, hərbi xərclər əvvəl-axır ABŞ-da siyasi rejiminin çökməsinə və SSRİ-nin son günlərində olduğu kimi yanıb kül olmasına gətirib çıxaracaq. Tramp biznes sahəsindəki bacarıqlarını ABŞ idarəçiliyinə inteqrasiya etməsilə öyünür, lakin yaxınlaşmaqda olan iqtisadi çöküşü əngəlləyə bilmir. Məncə SSRİ-ni ABŞ-ın hərbi sahədəki təşkilatlanması deyil, bizim kimi azad biznes mühitində yaşamaq istəyən sovet insanlarının o zamankı sistemlə barışmaması süquta uğratdı”.
Paul imperatorluğun sonunun gəldiyini və bunun ani və dəhşətli bir son olacağını da vurğulayıb.
"Faşizmin, sosializmin, kommunizmin yaşanıla biləcək sistem olmadığını gördük, bu, ABŞ üçün də keçərlidir. SSRİ kimi dəhşətli bir sona doğru gedirik. Baxmayaraq ki, SSRi süqut edəndə bəzi ölkələr sistemdən ayrılmışdı, lakin bizdə elə olmayacaq. Yəni, əyalətlərimiz parçalanmayacaq, sadəcə olaraq dünya müstəvisindəki imperatorluğumuzu maliyyə cəhətdən daha artıq qoruyub saxlaya bilməyəcəyik. Biz nə qədər bunu inkar etsək də, bilirik ki, imperatorluğumuzu qoruyub saxlamaq üçün böyük miqdarda pullar və güc lazımdır, bunun üçün də digər ölkələri hərb yolu ilə təhdid edib, müxtəlif sanksiyalar tətbiq edirik. Artıq sona yaxınlaşdığımızı düşünürəm”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib